12 C
Baku
28 Mart 2026, 15:23
Baş xəbərDünya

Argentinada istehlak səviyyəsi bir ay ərzində 13 faiz azaldı

Argentinada 2023-cü ilin dekabr ayında pərakəndə satışlar 2022-ci ilin analoji dövrü ilə müqayisədə 13,7 faiz azalıb.

Bugun.tv xəbər verir ki, bu barədə məlumat Argentinanın orta bizneslər konfederasiyasının hesabatında yer alıb.

“Ötən ilin dekabrında kiçik və orta biznesin pərakəndə satışları 13,7 faiz, illik müqayisədə isə 3,4 faiz azalıb. Bu göstərici ötən ayla müqayisədə 11,2 faiz təşkil edib”, – deyə hesabatda bildirilir.

Məlumata görə, 2023-cü ilin sonunda məhsul və xidmətlərin qiymətlərində kəskin dəyişikliklər istehlakçıların alıcılıq qabiliyyətini xeyli məhdudlaşdırıb. Ən çox azalma ərzaq və içkilərin satışında müşahidə olunub – 19,8 faiz.

Qeyd edək ki, dekabrın 10-da vəzifəsinin icrasına başlayan Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyətin kritik olduğunu etiraf edib və iqtisadiyyatda şok tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Dekabrın 12-də ilk iqtisadi tədbirləri açıqlayan iqtisadiyyat naziri Luis Kaputo subsidiyaların azaldılacağını və dolların rəsmi məzənnəsinin 366 pesodan 800 pesoya qaldırıldığını elan edib.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu