Baş xəbərDünya

Venesiyada turistlərə məhdudiyyətlərin tətbiq olunacağı tarix açıqlandı

Dünyanın ən gözəl şəhərləri siyahısında yer alan İtaliyanın Venesiya şəhərində turist qruplarına tətbiq olunacaq məhdudiyyətlərin tarixi açıqlanıb.

Bugun.tv xəbər verir ki, Venesiya Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən etibarən 25 nəfərdən çox olan turist qruplarının şəhərin tarixi mərkəzinə, həmçinin Murano, Burano və Torçello adalarına səyahətinə icazə verilməyəcək. Qərar davamlı turizmi təşviq etmək və şəhər sakinlərini qorumaq məqsədi daşıyır.

Bundan başqa, hazırda şəhərdəki bələdiyyə muzeylərinə girişdə 25 nəfərlik məhdudiyyət tətbiq edilir. Həmçinin meqafonlardan istifadə və yüksək səsli bələdçilik xidmətləri də qadağan olunub.

Qeyd edək ki, 70 il əvvəl Venesiyanın mərkəzində əhalinin sayı təxminən 175 min nəfər olduğu halda indi bu rəqəm 50 mindən aşağı düşüb. Şəhərdə turistlərin yerləşdirilməsi üçün çarpayıların sayı da əhali sayını üstələyib. Bu, bəzi evlərin turizm obyektinə çevrilməsi və daşınmaz əmlakın bahalaşması kimi səbəblərdən əhali arasında narahatlıq yaradır.

Bugün TV

Oxşar xəbərlər

Ukrayna Avropanın yeni raketdən müdafiə sistemi üzərində işləyir

Aynur Camal

Kim Çen In Koreya müharibəsinin ildönümünü qızı ilə birlikdə qeyd etdi

Aynur Camal

ABŞ səfiri: Tramp diplomatik danışıqlara imkan yaratmaq üçün İrana hücumları dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu