SəhiyyəSosial

Arıqlamaq ölüm riskini artıra bilər-ARAŞDIRMA

Yaşlılarda piylənmə

Sağlam həyat üçün həkimlərin ən çox verdiyi məsləhət artıq çəkidən xilas olmaqdır.

Mövzu ilə bağlı Bugun.tv-nin araşdırmasını təqdim edirik:

Melburndakı Monaş Universitetinin tədqiqatçılarının araşdırmasına görə, 65 yaşdan sonra çəki itirmək ölüm riskini artıra bilər.

Tədqiqatda Avstraliyadan 70 və ABŞ-dan ən azı 65 yaşlı 19.000 insan iştirak edib.

Yaşlılarda arıqlamanın ölüm riskini artırmasının səbəbi çox vaxt kilo itkisinə səbəb olan digər xəstəliklərlə əlaqələndirilir.

Çünki xərçəng və demans kimi xəstəliklər iştahsızlığa səbəb ola bilər. Bundan əlavə, arıqlamağa səbəb olan digər amil kimi yaşlıların sosial təcrid olunması göstərilir.

Tədqiqatda yaşlılarda çəki artımının ölüm riskini artırdığına dair heç bir dəlil ortaya çıxmayıb. Əksinə, tibbi obezite kateqoriyasına daxil olan insanların  arıqlamasının daha təhlükəli olduğu qeyd edilib. Məlum olub ki, hətta 5 faiz arıqlamaq, xüsusilə yaşlı kişilərdə ölüm riskini xeyli artırır.

Bununla belə, araşdırma aparan bəzi elm adamları kilo itkisi ilə ölüm arasındakı əlaqənin birbaşa deyil, dolayı olduğuna diqqət çəkiblər.

Mütəxəssislərin fikrincə, müəyyən yaşdan sonra insanlar çəkilərindəki dəyişiklikləri izləməlidirlər. Qəfil dəyişikliklər gördükdə isə səbəbini araşdırmaq üçün mütləq həkimə müraciət etməlidirlər.

Nigar Məmmədova

Oxşar xəbərlər

60-dan çox şəxs əvvəlki işlərinə bərpa olundu

Aynur Camal

“Eşitmə məhdudiyyətli uşaqlar çox istedadlı və məsuliyyətlidirlər” – BİRLİK SƏDRİ AÇIQLAMA VERDİ

Bugün TV

Azərbaycanın Türkiyəyə dəstəyi ictimai rəydə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu