Mədəniyyət

ARKA müvafiq fəaliyyətlərinə start verib

  Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib.

 Bugun.tv  bu barədə məlumatı Mədəniyyət Nazirliyindən əldə edib. Görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.

Anar Kərimov Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ilin 20 aprel tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır. 2022-ci ilin 16 noyabr tarixində dövlət başçısının fərmanı ilə ARKA-nın Nizamnaməsinin də təsdiq edildiyini bildirən nazir hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlərin görüldüyünü deyib.

Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.Daha ətraflı.

Aynur Camal

Oxşar xəbərlər

Vətən müharibəsində iştirak edən qaziyə toy edildi

Kəmalə Sultan

“Ülkər” filminin çəkilişlərində canavarlar da olacaq-VİDEO

Kəmalə Sultan

Bu gün qızıl ürəkli tarix adamın, Qafar Cəbiyevin doğum günüdür

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu