18 C
Baku
16 Oktyabr 2025, 12:30
Baş xəbərSosial

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.

Bugun.tv-nin Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Aynur Camal

Oxşar xəbərlər

Bioloq təhlükəli alaq otlarını sadalayır

Aynur Camal

Casus balina bu dəfə İsveç sahillərində göründü

Aynur Camal

London-İslamabad reysini yerinə yetirən təyyarə Bakı hava limanına təcili eniş etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu