İdman

Indian Wells turnirinin qalibi bəlli oldu

Dünya reytinqində birinci pillədə qərarlaşan Aryna Sabalenka ABŞ-da keçirilən Indian Wells turnirinin qalibi olub.

Belaruslu tennisçi finalda Yelena Rıbakina üzərində qələbə qazanaraq karyerasında ilk dəfə bu nüfuzlu turnirin çempionu adına yiyələnib. Bu, həm də Sabalenkanın karyerasında 23-cü tituludur.

Gərgin keçən final görüşündə Rıbakina ilk setdə üstün oyun nümayiş etdirərək qalib gəlib. Lakin ikinci setdən etibarən Sabalenka təşəbbüsü ələ alaraq oyunda dönüş yaradıb.

Həlledici set isə sonadək dramatik mübarizə şəraitində keçib və tay-brekdə Sabalenka daha dəqiq oyun sərgiləyərək qələbəni təmin edib.

Bu qələbə Sabalenka üçün əlamətdar olub. O, daha əvvəl Indian Wells turnirinin finallarında, o cümlədən 2023-cü ildə məhz Rıbakina qarşısında məğlub olmuşdu.

Həmçinin, 2026-cı ilin əvvəlində Avstraliya Açıq Çempionatı finalında da qazaxıstanlı rəqibinə uduzmuşdu.

Matçdan sonra çıxış edən Sabalenka rəqibini təbrik edərək bildirib ki, gələcəkdə onların qarşılaşmaları davam edəcək. O, bu uğuru “reallaşan arzu” adlandırıb və komandasına təşəkkürünü ifadə edib.

Qeyd edək ki, bu nəticədən sonra Rıbakina dünya reytinqində ikinci pilləyə yüksələcək.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

İran Dünya Kuboku oyunlarının Meksikaya keçirilməsi üçün FIFA ilə danışıqlar aparır

Aynur Camal

Afrikanın qadınlar üzrə futbol çempionatı təxirə salındı

Aynur Camal

İran dünya çempionatında iştirakdan imtina edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu