Baş xəbərSosial

Arzu Nağıyev: “Bu əfv sərəncamı çox mühüm əhəmiyyət kəsb edir”

“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv Sərəncamı 801 nəfər məhkumun həm cəzasının azaldılması və yaxud azad olunması, bu və digər şəkildə məcburi islahdan azad edilməsi istiqamətində atılmış addımdır. Bu, çox mühim əhəmiyyət kəsb edir. Ümumiyyətlə, son vaxtlar müstəqillik dövründə imzalanmış ən çox məhkum sayı əhatə edən əfv Sərəncamıdır”.
Millət vəkili Arzu Nağıyev Bugun.tv-yə Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamının əhəmiyyətindən danışıb.
“Əfv Sərəncamında müxtəlif kateqoriyalı şəxslərin yer tapması (siyasi partiya rəhbəri, jurnalist, Tərtər hadisələri və Gəncə hadisələrinin iştirakçıları və sair), bu şəxslərin islah olunması, eyni zamanda onların özlərini islah əmək müəssisələrində necə aparması şərtdir, ailələrinin bu və ya digər şəkildə maddi-mənəvi, eyni zamanda sosial-məişət problemləri də nəzərə alınıb. Bu, humanist bir addım kimi dəyərləndirilməlidir. Əsas məsələ ondan ibarətdir ki, bu dövlət başçısının, Azərbaycan hakimiyyətinin öz vətəndaşına olan münasibətidir. Buna görə də, bu Sərəncam ancaq alqışlanmalıdır”.
A.Nağıyevin sözlərinə görə, bu, eyni zamanda ailələrə sevinc bəxş edən addımdır. “Hər bir şəxs Azərbaycanın gələcəyi, müstəqilliyi, suverenliyi və rifahı naminə öz vətəndaş borcunu yerinə yetirməlidir. Düşünürəm ki, əfv olunanlar da artıq bu gündən sonrakı həyatlarında bunu nəzərə alaraq düzgün yol seçəcəklər”.

Şərh yazın