25 C
Baku
27 İyul 2024, 4:54
Baş xəbərSiyasət

Arzu Nağıyev :”Ermənistan bilməlidir ki, Qarabağ məsələsi artıq bitib.” (TƏHLİL)

Ermənistan bilməlidir ki, Qarabağ məsələsi  artıq bitib ve problem iki dövlətin arasında çözülməlidir. Bu istiqamətdə Azərbaycan ən humanist addımları atır.

Bunu Bugün.tv-yə açıqlamasında Millət vəkili Arzu Nağıyev deyib. 

O, qeyd edib ki, bütün məsələlər Ermənistanın xarici siyasətindən qaynaqlanır. Son vaxtlar Köçəryan və onun komandasının aktivləşməsi, Vardanyanın hakimiyyətə gətirilməsi, onu qondarma dövlətin naziri kimi təqdim edilməsi əsas məqamlardan biridir. Söhbət Paşinyanın yerinə Vardanyanın hazırlanmasından gedir.

Düşünürəm ki bunun üçün Rusya Qarabağda gərginliyi artırmaq istəyir. Çünki Azərbaycan birmənalı şəkildə sülhün bərqərar olması üçün addımlar atır.Azərbaycan 5 təklif irəli sürüb. Bu 5 təklifi pozmaq üçün ermənilər ciddi cəhdlər edirlər. Burada ən böyük problem ərazidə qondarma qurumun silahlı quldur dəstəsi və Ermənistandan gələn hərbiçilərin saxlanmasıdır.“-deyə A.Nağıyev bildirib.

Millət vəkili onuda vurğulayıb ki, sülh məramlı qüvvələr öz missiyalarını həyata keçirmir. Son vaxtlar Azərbaycan toponimlərinin adlarını öz məruzələrində erməni adları kimi göstərir.

“Qarabağ ərazisinin rəsmi sənədlərdə Dağlıq Qarabağ kimi yazıması, eyni zamanda Ermənistan ərazilərindən və digər istiqamətdən hərbi texnikanın daşınmasını  buna sübütdur. Təssüflər olsun ki, sülh məramlıların vəzifəsi sadəcə münaqişə edən tərəfləri daima sakitləşdirmək və onların arasında durmaqdır. Belə kömək onların missiyasına daxil deyil. Onlar bilirlər ki sülh müqaviləsi imzalansa ərazidən çıxacaqlar. Təbii ki sülh məramlılar çalışırlar ki mandatları uzansın və burada daha çox qalsınlar. Bununlada 10 noyabr ,Brüssel, Soçi görüşlərinin əleyhinə addımlar atırlar.KTMT nin son iclasında Paşinyanın atdığı son addımlar, Rusyaya qarşı apardığı təbliğat, məhz qərbə yönəlməktir. Bunu Rusya anlayır və regionda qalmaq üçün müəyyən addımlar atmağa çalışır.“-millət vəkili deyib.

A.Nağıyev əlavə edib ki,ermənilər  qondarma status məsələsini qabartmaq, diasporaların Qarabağa sərmayə yatırılması haqqında xəbərlər yayırlar. Bunlar təbii ki yalandır. Çünki heç kimsə məğlub tərəfə sərmayə qoymaz. Bu sadəcə qaçaq yolla gətirilən malların leqallaşdırmasıdır.

Bunlar unutmamalıdırlar ki hec bir qanun, sazişi pozmadan Azərbaycan tərəfi anti-terror əməliyyatı keçirə bilər. Daxildə olan silahlı qüvvələrin  Azərbaycan əhalisi üçün təhdid yarada biləcək kontingentin oradan qovulması istiqamətində addımlar atıla bilər. Bu da yalnız regional deyil, Beynəlxalq səviyyədə qarşı durma yarada bilər. Ermənistan bilməlidir ki, Qarabağ məsələsi bitib ve problem iki dövlətin arasında çözülməlidir. Bu istiqamətdə Azərbaycan ən humanist addımları atır.”-deyə sonda vəkil bildirib.

 

 

 

Bugün TV

Oxşar xəbərlər

Güclü yağışdan sonra 39 ev təxliyə edildi

Bugün TV

Moskvada dörd ölkənin diplomatları görüşəcək

Nigar Məmmədova

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu