22 C
Baku
19 Aprel 2024, 12:48
Baş xəbər

Arzuman Azaflı: “Xilasedicilərimiz dağıntılar altında qalan 2 nəfəri sağ çıxarıblar”-VİDEO

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları da zəlzələdən dolayı öz yardım və dəstəklərini əsirgəmirlər. Onlardan biri də Azaflı Hüquq Şirkətidir.

Bugun.tv -yə açıqlama verən şirkətin təsisçisi və direktoru Arzuman Azaflının sözlərinə görə, artıq 3 gündür ki, xeyli sayda yorğan-döşək, qida, uşaq yeməkləri və geyim yardımı tiplanaraq, zəlzələ olan bölgələrə göndərilib. Bu yardım kampaniyası davam edir.

Bundan başqa “Azaflı Arama Kurtarma” qrupu da əlindən gələn köməkliyi göstərməyə çalışır. Artıq 20 nəfər göndərilib.

” Qrupla birlikdə çadırlar da yolladıq. Çərşənbə günü yeni yardım tırı yola düşəcək. Ankarada yaşayanlardan yenə dəstək gözləyirik”.

Arzuman Azaflı onu da qeyd etdi ki, xilasedicilər Ekbistanda iki nəfəri dağıntılar altından canlı çıxara bilib.

“Şirkətimiz tərəfindən göndərilən qrupun 2 insanı xilas etməsi bizi çox qürurlandırdı. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Qrupumuz tərəfindən xilasetmə işləri bu gün də davam etdirilir,”- deyə Arzuman Azaflı bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kocaeli mərkəzli 2 ildə FETÖ əməliyyatı: 9 nəzarətə alındı

Bugün TV

Smartfonlarda çıxarıla bilən batareyalar geri qayıdır!

Teymur Əziz

Şəhid ailəsinə aid sənəd axtarılır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu