30 C
Baku
27 İyul 2025, 21:18
Baş xəbərSosial

“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Moldova Respublikasının Kişinyov şəhərində beynəlxalq tədbirdə iştirak edib.

“Şərq tərəfdaşlığında dövlət xidmətlərinin dizaynı və çatdırılması” mövzusunda keçirilən tədbirin təşkilatçısı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ).

Dövlət xidmətlərinin çatdırılmasında beynəlxalq brendə çevrilən “ASAN xidmət” modelinin timsalında ölkəmizdə sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və naliyyətlər tədbirdə diqqət mərkəzində olub.

Görüşdə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldovanın müvafiq qurumlarının 30-dan çox nümayəndəsi iştirak edib. İştirakçılar Şərq Tərəfdaşlığı ölkələrində dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi və rəqəmsal alətlərin istifadəsinə dair təcrübələrini paylaşmaqla yanaşı, Estoniya və Ukraynadan olan ekspertlərin iştirakı ilə vörkşoplarda da iştirak ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Kremlin sözçüsü: “Rusiyasız Ukrayna danışıqlarının mənası yoxdur”

Teymur Əziz

86 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Rusiya: Ukrayna 144 PUA ilə Moskva da daxil olmaqla Rusiya ərazisinə hücum etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu