Baş xəbərDünya

Latviyada Rinkeviçs ölkənin yeni prezidenti oldu

Bugun.tv xəbər verir ki, hər üç turun eyni gündə keçirildiyi və üç namizədin mübarizə apardığı seçkidə Rinkeviç Latviyanın yeni prezidenti seçilib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç prezident seçkilərində birinci olub.

Prezident olmaq üçün parlamentdəki 100 deputatdan ən az 51-nin səs verməsi lazım olan seçkidə ilk turda Uldis Pilens 25, Rinkeviçs 42 və Elina Pinto 10 səs toplayıb. İkinci turda namizədlər eyni sayda səs toplayıblar.

İkinci turdan sonra namizədlərin sayı ikiyə enib.

Üçüncü turda Rinkeviç 52, Pilens isə 25 səs toplayıb.

Beləliklə, Rinkeviçs seçkiləri birinci başa vuraraq Latviyanın yeni prezidenti olub.

Latviyanın hazırkı prezidenti Egils Levitsin səlahiyyət müddəti iyulun 8-də başa çatacaq.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Payızda yorğunluq və yuxululuq niyə artır? Mütəxəssislər səbəbləri açıqlayır

Aynur Camal

Rusiya dörd Avropa ölkəsindən olan şirkətlərin aktivlərini idarəetməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu