-3 C
Baku
28 Fevral 2024, 3:35
Baş xəbər

“Aslan Hürkuş: Missiyamız Gökbey”

Uşaqların sevimli cizgi filmi cinemalarda!

“Aslan Hürkuş: Missiyamız Gökbey” oktyabrn 21dən ekranlara çıxan 6-9 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu animasiya filmi 3D formatında çəkilən 91 dəqiqəlik ekran işidir. Ssenarisi Ali Hakan Kaya və Sinem Doğangönülə aid olan cizgi filminin istehsalçısı “Outline Animation And Games” şirkətidir. Rejissor: H. Sinan Güngör, Semih Turalı, Yunus Emre Çakır, görüntü rejissoru: Halil Öztürk, musiqisi isə Ali Bakana məxsusdur.

Bu barədə Bugun.tv-yə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyini rəhbəri Selcuk Karakılıç məlumat verib. Onun sözlərinə görə “Aslan Hürkuş: Missiyamız Gökbey” uşaqlara elm və mədəniyyəti sevdirən, onları texnoloji inkişaflara həvəsləndirən, maraqlandıran ibrətamiz və faydalı bir cizgi filmdir. Bu filmdən ilhamlanan azərbaycanlı uşaqlar vətən üçün daha xeyirli işlər görəcək, helikopter, təyyarə, avtomobil kimi yüksək texnologiyalı nəqliyyat vasitələrinin istehsalında öz töhvələrini verə biləcəklər”.

Əyləncə, dostluq və həyəcanla dolu filmin əsas sloqanı isə “Adımızı Səmaya Yenidən Yazmağa Gəlirik!”di.

Film uçuş təlimi zamanı Gökbeylə bir araya gələn Aslan, dostları və Hürkuşun Kapadokyadan başlayaraq ölkənin hər yerində davam edəcək macərasından bəhs edir.

Cəlbedici, güclü və dost canlı helikopter olan Gökbey, Hürkuşun daşından əldə edilən məlumatlar əsasında yaradılan mavi daşla canlandırılır. Fəridin polis qrupları tərəfindən tutulmasından sonra işləri öhdəliyinə götürən Yaralı Üz, demək olar ki, tamamilə mənfi enerji ilə əldə edilən qırmızı bir daş yaradır, ancaq əllərində daşın enerjisini qaldıracaq qədər güclü bir təyyarə və ya helikopterlər yox idi. Buna görə də uçuş təlimi zamanı Gökbeyi hədəfə alıb qaçırırlar. Aslan, dostları və Hürkuş Gökbəyin arxasınca gedirlər, lakin qırmızı daşın təsiri ilə pis vəziyyətə düşən Gökbeyi xilas etmək və əvvəlki vəziyyətinə gətirmək düşündükləri qədər asan olmayacaq.

Seriyanın ilk filmində başlayan möhtəşəm macəra ikinci bölümdə də sürətlə davam edəcək.

Qeyd edək ki, “Aslan Hürkuş: Missiyamız Gökbey” cizgi filmini Türkiyənin tanınmış sənətçiləri – Kayra Özdemi̇r, Elif Gizem Aykul, Fatih Özkul, Ali Hekimoğlu, Sinan Peki̇nton, Çağrıl Atay, Ekrem Tamer səsləndiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Park edilmiş 5 avtomobilin üzərinə ağac aşdı

Bugün TV

Həddindən artıq istilər səbəbindən 23 nəfər ölüb

Bugün TV

5 avtomobil toqquşub: 24 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu