Sosial

Assosiallıq nədən yaranır?

Elə insanlar var ki, sosial məkanlardan qaçırlar, özlərini ifadə etməkdə, münasibət qurmaqda həmişə əziyyət çəkirlər. Onların əksəriyyəti assosial olduqlarını qəbul etsələr də, bəziləri inkar edirlər.

Bugun.tv-yə müsahibə verən psixoloq Gülər Məmmədovanın sözlərinə görə, sosiallaşma problemi yaşayanlar ikili münasibətlər qurmaqda da çətinlik çəkirlər. Bunu yarandan bir çox səbəblər var. “Bu ailə mühitindən qaynaqlanır, hətta bu ginetik də ola bilir. Məsələn, atanın ananın verdiyi tərbiyə modeli, həmçinin uşağın hansı ailə tərbiysində böyüməsi, uşağın şəxsi inkişafında ona verilən dəyər və digər amillər sosial fobiyanı yaradan əsas faktorlardır. Bir çox insanlar sosial fobiya ilə utancaqlığı qarışdırır. “Mən utancağam, deyə övladım da utancaqdır” deyərək, hətta bundan zövq alan insanlar var”.

  Psixoloqun sözlərinə görə sosial fobiyanın da dərəcələri var. Belə insanlar göz təması qurmaqda da çətinlik çəkirlər. “Yaxşı olardı ki, valideynlər şəxsi inkişaf dönəmində bəzi məsuliyyətli məsələləri onların öhdəsinə  buraxsınlar. Övladlarını mühafizakarcasina qorumasınlar. Belə olduğu halda uşaqlar cəmiyyətdən uzaq düşürlər. Uşaqlıqdan valideynlər onlara şərait yaratmalıdırlar ki, cəmiyyət içinə çıxarkən öz fikrinin ifadə etməkdə öz hüquqlarını tələb etməkdə psixoloji dayanıqlıqları olsun. Mütəxəssis ilk öncə onun keçmişinə səyahət edir, keçmişində olan, tarazlığı pozulan anları bərpa eləməyə başlıyır. Əgər bu fobiya həqiqətən həddini aşıbsa artıq psixiatr qəbulunda olmalı və dərman terapeyası almalıdırlar”.

 Assosiallıqdan azad olmaq üçün insan öncə bunun sosial fobiya olduğunu qəbul etməlidir. Eyni zamanda qorxduğu situasiyaların üzərinə getməklə özü öz mənfi cəhətlərini dəf etməyi bacarmalıdır.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Son sutkada Covid19 əleyhinə vaksin olanların sayı müəyyənləşib

Aynur Əfəndi Zadə

Pensiya alanların orta yaşı açıqlanıb

Nigar Məmmədova

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Qubada tədbir keçirib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu