13 C
Baku
15 Aprel 2026, 22:24
Digər

Astana və Tokio strateji tərəfdaşlığın prioritetlərini müəyyən etdilər

Bugun.tv Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərini salamlayan Kasım-Jomart Tokayev vurğulayıb ki, Astanaya edilən səfər ikitərəfli əlaqələrin möhkəmlənməsinə yeni təkan verəcək. “Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır. Biz Tokio ilə hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət veririk”, – deyə Qazaxıstan Prezidenti bildirib. Öz növbəsində, T.İvaya diqqətə çatdırıb ki, Qazaxıstan və Yaponiya beynəlxalq asayişin möhkəmləndirilməsində maraqlı strateji tərəfdaşdırlar. “Mən hesab edirəm ki, səfərim ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə yol açacaq”, – deyə yaponiyalı nazir qeyd edib. Söhbət zamanı, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bugün TV

Oxşar xəbərlər

Qəzzalı ata 3 ildir dağıntılar altında qalan övladlarının izini axtarır

Aynur Camal

Siyasi ekspert: Rusiya xaricdə ordudan istifadə imkanlarını genişləndirir

Aynur Camal

“Meksikalıları hər səviyyədə müdafiə edəcəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu