Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu bildirib. Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən sakin İman Əliyev saxlanılıb. O əvvəllər bir neçə dəfə məhkum olub. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Həmin şəxsin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib. Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edib. Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində yolun kənarında gizlətdiyi 7 kiloqram marixuana, 2 kiloqram heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir: Qaytən Qasımzadə