Siyasət

Aştiani: “İranın Rusiyadan S-400 raket sistemi almağına ehtiyac yoxdur”

“İranın sərəncamında kifayət qədər müdafiə silahı var və hazırda Rusiyadan S-400 raket sistemi almağa ehtiyac yoxdur”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib.

“Rusiya yüksək səviyyəli əlaqələri davam etdirdiyimiz bir ölkədir. Bununla belə, müdafiə silahlarında özümüzü təmin edə biləcək səviyyəyə çatmışıq. Bu silah sistemini əldə etmək zərurəti yaranarsa, biz bunu edəcəyik. Lakin hazırda bizim əlavə silaha ehtiyacımız yoxdur”, – İranın müdafiə naziri bildirib.

Xatırladaq ki, 2019-cu ilin may ayında Bloomberg Rusiyanın Tehrana bu cür silah tədarükünün Yaxın Şərqdə gərginliyin artmasına xidmət edəcəyindən ehtiyat edərək, İranın S-400 əldə etmək təklifini rədd etdiyini bildirdi. Hərbi diplomatik mənbə daha sonra TASS-a bildirib ki, Moskva Tehrandan belə bir tələb almayıb.

Bugün TV

Oxşar xəbərlər

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İranda faktiki olaraq hərbi idarəetmə formalaşıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu