27 C
Baku
27 İyul 2024, 8:16
Baş xəbərDünya

Astronavtlar ilə birlikdə AX-2 raketi kosmosa uçdu

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı astronavtları Əli Karni və Rayyane Bernavi ilə kosmik gəminin (AX-2) buraxılışı uğurla həyata keçirilib.

Səudiyyə Ərəbistanının Əl-İhbariye xəbər kanalının Twitter hesabından verdiyi açıqlamaya görə, Karni və Bernavi də daxil olmaqla kosmik gəminin buraxılaraq Beynəlxalq Kosmik Bazaya doğru hərəkət etdiyi bildirilib.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA mayın 17-də Karni və Bernavinin kosmosa səyahət üçün hazırlıqlarının tamamlandığını bildirib.

TRT Haberin məlumatına görə Səudiyyə Ərəbistanı Kosmik Agentliyi ötən ilin sentyabrında “Vision 2030” çərçivəsində kosmos proqramının işə salındığını açıqlayıb. Kosmos sənayesi sektorundan faydalanmaq və bu sahədə araşdırmalara töhfə vermək məqsədi daşıdığı bildirilib.

Xatırladaq ki, Kosmik Agentliyin fevralın 14-də verdiyi açıqlamada, Rayyane Bernavi və Ali Karninin AX-2 kosmik gəmisi ilə gedəcəkləri bildirilmişdi.

Kosmik gəminin ilin ikinci yarısında ABŞ-dan yola düşəcəyi bildirilərkən, proqram çərçivəsində astronavtlar Meryem Firdevs və Əli əl-Qəmdinin də kosmosun tədqiqi ilə bağlı təhsil alacağı açıqlanıb.

Aynur Camal

Oxşar xəbərlər

NASA-dan bir ilk: 4K video kosmosa yayımlandı

Teymur Əziz

Bir nəfərdə quş qripi aşkarlandı!

İntizar Əmirova

1990-cı ildə Moskvada Soyuq Müharibə gərginliyindəki ərimənin simvolu olan – McDonald’s restoranlarını satmağa başlayıb.

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu