Bugun.tv xəbər verir ki, astronavtların sidiyini və tərini içməli suya çevirən sistem 98 faiz suyun geri qaytarılmasına nail olub.
Alimlər və astronavtlar Beynəlxalq Kosmik Stansiya sayəsində illərdir kosmosda müxtəlif eksperimentlər və tədqiqatlar aparırlar.
NASA-nın məlumatına görə, stansiyadakı hər ekipaj üzvünün içmək, yemək hazırlamaq və dişlərini fırçalamaq kimi ehtiyaclarını ödəmək üçün hər gün orta hesabla 3,79 litr suya ehtiyacı var.
Stansiyada həyati dəstək sistemlərini idarə edən komandanın üzvü olan Kristofer Braun mövzu ilə bağlı açıqlama verib. “Bu, həyati dəstək sistemlərinin təkamülündə irəliyə doğru mühüm addımdır. Tutaq ki, siz 500 ml su içmisiniz və bu sistem sayəsində bu suyun 2 faizi itirilir və 98 faizi içməli suya çevrilərək yenidnə dövriyyəyə girir. Bu olduqca böyük nailiyyətdir. Heyətlər sidik içmir – onlar yer üzündə içdiyimizdən daha təmiz, süzülmüş və əsl içməli suyu istehlak edirlər”, – K.Braun bildirib.
Mənbə: Ensonhaber