Dünya

Pakistan Yunanıstanın immiqrasiya siyasətinə reaksiya verdi!

Bugun.tv xəbər verir ki, Pakistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Zaman Mehdi Yunanıstan dənizində miqrant qayığının batmasından sonra Afinanın immiqrasiya siyasətinə reaksiya verib.

Z.Mehdi BMT-nin İnsan Haqları Şurasının iclasında bu barədə çıxış edib.

O, belə bir status-kvonun qəbuledilməz olduğunu ifadə edib. “Məsuliyyətin bölüşdürülməsi, təhlükəsiz və vaxtında axtarış-xilasetmə tənzimləmələri, dənizdə xilas edilən bütün insanların gəmidən endirilməsi və cavabdehlik məsələlərindəki boşluqlar həmrəylik ruhu ilə bağlanmalıdır”.

Pakistan Yunanıstan sahillərində batan qayığın göyərtəsində 350-yə yaxın vətəndaşın olduğunu açıqlayıb.

Xatırladaq iyunun 14-də Yunanıstanın Peloponnes adasında yerləşən Navarino şəhərində. sularda qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığı çevrilib, 82 nəfər ölüb, 104 nəfər xilas edilərək Kalamata limanına gətirilib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu