25 C
Baku
27 İyul 2024, 3:55
Dünya

Atəşkəsi pozan İsrail hücumlarda ABŞ sursatından istifadə etdi

“İsrail qərbli yardım işçilərinin ölümünə səbəb olan hücumda ABŞ-ın sursatından istifadə edib”.

İsrailin Livanda 7 tibb işçisinin ölümünə səbəb olan hava hücumunda ABŞ sursatından istifadə edildiyi üzə çıxıb. İnsan haqları üzrə ekspertlər hücumun beynəlxalq hüququn pozulması olduğunu və ABŞ-ın İsrailə silah tədarükünün 1997-ci ildə qəbul edilmiş Leahi qanununu pozduğunu bildirir.

İsrailin mart ayında Livanın cənubunda 7 tibb işçisinin ölümünə səbəb olan hava hücumunda ABŞ sursatından istifadə edildiyi üzə çıxıb. Human Rights Watch təşkilatı hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Martın 27-də Cənubi Livanın Əl-Habariye qəsəbəsində Livan Yardım Dərnəyinin təcili yardım mərkəzinə edilən hücumda yaşları 18-25 arasında olan 7 könüllü tibb işçisi həyatını itirib.

The Guardian qəzeti hücum yerində ilk müdaxilə edənlər tərəfindən ələ keçirilən İsrail MPR bombasının və ABŞ istehsalı Birgə İstiqamətli Hücum Sursatının (JDAM) qalıqlarını araşdırıb.

JDAM-lar ABŞ-ın aerokosmik şirkəti Boeing tərəfindən istehsal edilən təlimat dəstləridir ki, bombalara quraşdırıldıqdan sonra onları GPS idarəolunan dəqiq raketlərə çevirir.

Human Rights Watch təşkilatı səhiyyə mərkəzinə hücumun qanunsuz olduğu və ABŞ-ın İsrailə hərbi yardımına təsir edə biləcəyi qənaətinə gəlib.

Human Rights Watch-un Livan üzrə tədqiqatçısı Rəmzi Kays, “İsrailin ABŞ silahlarından qanuni şəkildə istifadə etdiyinə dair verdiyi zəmanətlər inandırıcı deyil” deyib.

“İsrailin Qəzza və Livandakı davranışı beynəlxalq hüququ pozmağa davam etdiyi üçün Bayden administrasiyası dərhal İsrailə silah satışını dayandırmalıdır” deyib.

 Livanda tibb işçilərinə hücumdan 5 gün sonra İsrail Qəzzada Dünya Mərkəzi Mətbəxində çalışan daha 7 yardım işçisini öldürüb.

Bu hücum qlobal hiddətə səbəb oldu və İsrail tərəfindən “ciddi səhv” kimi qiymətləndirildi.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidenti Co Bayden administrasiyası ötən həftə İsrailə göndəriləcək ABŞ istehsalı olan sursatların daşınmasını dayandırıb.

Adı açıqlanmayan iki İsrail rəsmisinə əsaslanan xəbərə görə, Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri ABŞ ilk dəfədir ki, İsrailə silah göndərişini dayandırır.

İsrail rəsmilərinin bildirdiyinə görə, daşımanın dayandırılması Təl-Əviv administrasiyasında ciddi narahatlıq yaradıb.

Mənbə: Ntv.Tr

Kəmalə Sultan

Oxşar xəbərlər

Hindistan Günəşə peyk göndərir

Teymur Əziz

Rusiya Diniproya raket hücumu etdi – ölənlər var

Aynur Camal

Argentina prezidenti Trampın ABŞ prezident seçkilərində qalib gələcəyinə ümid etdiyini bildirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu