19 C
Baku
8 Sentyabr 2024, 3:27
Baş xəbərDünya

Atışma zamanı tanınmış müğənni öldü

Bugun.tv xəbər verir ki, Sudanda dinc sakinləri qorumaq məqsədi daşıyan atəşkəsə baxmayaraq atışmalar olub. Və tanınmış sudanlı müğənni Şaden Qardud qarşıdurmada həlak olub.
Cümə günü Omdurmanda dinc sakinləri qorumaq məqsədi daşıyan atəşkəsə baxmayaraq, döyüşlər zamanı məşhur sudanlı müğənni öldürülüb.

Xatırladaq ki, Sudanın Omdurman şəhəri  aprelin 15-də başlayan müharibədən bəri ağır döyüşlər görüb. Tərəflər bir neçə atəşkəs bağlasalarda vuruşlar davam etdi. Onların bir birlərinə güzəştə getməyə hazır olduqlarına dair hələdə heç bir addım atmayıblar.

BBC xəbər verir ki, müğənni ölümündən əvvəlki günlərdə Facebook-da aktiv olub. O platformadan müharibəni tənqid etmək üçün istifadə edərək, döyüşlərdə tələyə düşmüş digər mülki şəxslərə təşviq təklif edib:

“25 gündür evlərimizdə tələyə düşdük … biz acıq və böyük bir qorxu içində yaşayırıq, lakin etika və dəyərlərlə dolu olduğmuz üçün etiraz edə bilmirik. Etirazlarda bir olub iştirak etməliyik.”

Müğəninin 15 yaşlı oğlu Hamudi, anası və bacısı ilə sağ qalıb.

Qeyd edək ki, müharibədə indiyədək 600-dən çox mülki şəxsin öldüyü bildirilir, baxmayaraq ki, rəqəmlərin daha çox olacağı gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

Saxlanılan avtomobildə 1,5 ton sənədsiz tütün aşkar edildi

İntizar Əmirova

Terror əməliyyatında 19 nəfər saxlanıldı

Nigar Məmmədova

Tayvan, 21 Çin PLA təyyarəsinin və altı gəminin yaxınlaşdığını qeyd etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu