Image default
Dünya

1,2 milyon bank hesabına qanunsuz giriş aşkar edildi

Fransa hökuməti yanvar ayının sonundan etibarən ölkədə təxminən 1,2 milyon bank hesabına aid məlumatların qanunsuz şəkildə əldə edildiyini açıqlayıb.

Fransa İqtisadiyyat Nazirliyinin yaydığı rəsmi bəyanata görə, zərərli niyyətli şəxslər milli bank hesabları bazasına qanunsuz giriş edərək milyonlarla hesab üzrə məlumatları görüntüləyiblər. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə verilənlər bazasına giriş səlahiyyəti olan dövlət məmurunun şəxsiyyət məlumatlarının oğurlanması səbəbindən baş verib.

Bəyanatda qeyd edilir ki, cinayətkarlar hesab sahiblərinin şəxsiyyəti, yaşayış ünvanı və vergi identifikasiya nömrəsi daxil olmaqla şəxsi məlumatlarına çıxış əldə ediblər. Rəsmi qurumlar bildiriblər ki, məlumatları ələ keçirilmiş vətəndaşlara yaxın vaxtlarda bu barədə məlumat veriləcək.

Fransa hökuməti oxşar halların təkrarlanmaması üçün təhlükəsizlik sistemlərinin gücləndiriləcəyini və əlavə tədbirlərin görüləcəyini açıqlayıb. Eyni zamanda, hadisə ilə bağlı Fransa Məlumatların Mühafizəsi Orqanına (CNIL) məlumat verilib və cinayət işi açılıb.

Hadisə ölkədə maliyyə təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və məlumat bazalarının qorunması məsələsini yenidən gündəmə gətirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şəkərsiz içkilər: Yay istisində qazlı içkilərin əvəzinə nə içmək olar?

Aynur Camal

Kapsul endoskopiyası: Mədə və bağırsaqlar borusuz müayinə oluna bilir

Aynur Camal

Azərbaycan və Rusiya arasında bir sıra birbaşa aviareyslər bərpa olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu