Dünya

Atmosferdə su buxarının səviyyəsi rekord həddə çatdı

Bugun.tv xəbər verir ki, Yer atmosferində su buxarının miqdarı rekord həddə çatıb. Alimlər bunun dünya üzrə güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər.

The Guardian-ın məlumatına görə, Avropanın Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatları avqust ayında atmosferdəki su buxarının miqdarının hər kvadratmetr üçün 27,35 kiloqrama çatdığını göstərib. Bu göstərici 2024-cü ilin iyulunda qeydə alınmış əvvəlki rekordu 0,04 kiloqram üstələyib.

Mütəxəssislər bildirirlər ki, havanın temperaturu artdıqca atmosfer daha çox nəm saxlaya bilir. Sakit okeanda güclənən El-Ninyo hadisəsinin də su buxarının rekord səviyyəyə çatmasına təsir etdiyi qeyd olunur.

Atmosferdə su buxarının çoxalması güclü yağışlar zamanı daha çox suyun düşməsinə şərait yarada bilər. Su buxarı kondensasiya olunduqda istilik ayrılır və bu proses fırtınalara əlavə enerji verə bilər.

Alimlər həmçinin yüksək rütubətin isti hava dalğaları zamanı gecə temperaturunun aşağı düşməsini çətinləşdirdiyini bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, temperaturun hər 1 dərəcə Selsi yüksəlməsi atmosferin təxminən 7 faiz daha çox su buxarı saxlamasına imkan verir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Argentina Folklend adaları ilə bağlı sanksiyaları sərtləşdirir

Aynur Camal

Lavrov: Qərb Rusiyaya qarşı müharibəyə hazırlaşır

Aynur Camal

Alimlər ağcaqanad problemini başqa üsulla həll etməyə çalışırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu