İdmanMədəniyyət

Autizm festivalı keçiriləcək

Bugun.tv xəbər verir ki, mayın 3-də Bakı şəhəri Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə “III Azərbaycan Autizm Festivalı” olacaq.

Bu barədə məlumatı Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli verib.

Onun sözlərinə görə, festivalda autizmlə bağlı fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klubları öz işlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar. Bundan başqa autizmli uşaqlar və ailələr də tədbirdə iştirak edəcəklər.

“Festivalın keçirilməsində əsas məqsəd Autizm sindromu haqqında ictimaiyyəti məlumatlandırmaq və bu sahəyə diqqəti cəlb etməkdir. Gəlin, həmin gün onları tək qoymayaq”,- Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ictimaiyyətə çağırış edib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Roma rejissorlar cəmiyyətdəki ayrı-seçkiliyə filmləri ilə etiraz edirlər

Aynur Camal

81 yaşlı yazıçı Buker mükafatını qazanaraq tarixə düşdü

Aynur Camal

Rəhim Babayev “Zəfər Günü” – beynəlxalq rəqs müsabiqəsində üç birincilik qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu