“Kinoteatrlarda ilk dəfə 2009-cu ilin tətil mövsümündə premyerası olan “Avatar” zamanının ən çox gəlir gətirən filmi oldu”- filmin rejissoru Ceyms Kemeron bildirib.
Onun sözlərinə görə “Avatar”, “Deep Dive” və uzun sürən aradan sonra filmsevərləri yenidən “Avatar: Suyun Yolu”-“The Way of Water” ilə heyran edəcək.
Aktyorlar və çəkiliş heyəti 2024-cü ildə nümayişi planlaşdırılan bu üçüncü filmi ərsəyə gətirmək üçün qazandıqları uğurlardan qürur duyduqlarını söyləyib.
“Çəkiliş zamanı gedən proseslər çox heyrətamiz və çətindir. Sən bu meditativ, demək olar ki, trans vəziyyətinə düşürsən, çünki çəkilişlər suyun altında baş verir. Biz nəfəsmizi suyun altında uzun müddət saxlamağı məşq edirdik. Və başqa heç bir seçimimiz yox idi”- bu barədə aktyor və çəkiliş heyəti məlumat verib.
“Suyun altında olarkən, qəhrəman kimi görünmək və sadəcə səhnədə qalmaq bu həmdə qürurvericidir”- onlar deyib.
“İlk çəkdiyim orijinal film Yer əsgəri Jake Sully-nin mədən korporasiyasındakı rəhbərlərini rədd etməsi və yadplanetli Na’vi ilə ətraf mühiti məhv etməyə və “nadir mineral” üçün onları yerindən qoparmağa çalışan insanlara qarşı mübarizəsinə qoşulması ilə sona çatdı. Sully, sevgisi Neytiri ilə birlikdə olmaq üçün fikrini Na’vi avatarında saxladı”- deyən kinorejissor Cameron “Avatar: Su yolu” haqqında isə bildirib ki, bu ssenardə personajların 15 il sonra sevgi hekayəsi və onların Pandoradakı insanlar və digər qəbilələr ilə yeni mübarizələri qələmə alınıb. Americanews.