Baş xəbərDünya

Avropa Birliyi təsdiq etdi: AB-yə daxil olmayan ölkələrdən Şengen zonasına səyahət üçün yeni dövr

Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Avropa İttifaqına daxil olmayan ölkələrdən Şengen zonasına səfər edənlərin giriş-çıxışını rəqəmsal qeyd etməyə imkan verəcək Elektron Giriş-Çıxış Sisteminin (EES) mərhələli şəkildə işə salınmasını təsdiqləyiblər. AB Şurasından verilən yazılı açıqlamaya görə, Polşada bir araya gələn AB ölkələrinin daxili işlər nazirləri, üzv ölkələrin 6 aylıq bir müddət ərzində EES-i mərhələli şəkildə tətbiq etmələrini təmin edəcək tənzimləmə üzərində razılığa gəliblər.

Yeni plana əsasən, üzv ölkələr ilk 60 gün ərzində yeni sistemdən biometrik funksiyalar olmadan işləyə biləcəklər, lakin 3 aydan sonra sərhəd-keçid məntəqələrinin ən azı yarısında yeni sistemdən istifadə etməli olacaqlar.

AB-yə daxil olarkən yeni sistemə 6 aylıq keçid dövrünün sonuna qədər səyahət sənədlərinin əllə vurulması davam edəcək, lakin bu müddətin sonunda bütün məlumatlar elektron sistem vasitəsilə işlənəcək.

Tənzimləmə sistemi mərhələli şəkildə tətbiq etmək istəyənlərə bunu etməyə imkan verəcək, digərləri isə ilk gündən sistemin tam tətbiqinə başlaya biləcəklər.

Sistemin mərhələli şəkildə tətbiqi üçün heç bir başlanğıc tarixi müəyyən edilməsə də, tənzimləmə Avropa Parlamenti (AP) tərəfindən təsdiqləndikdən və qüvvəyə mindikdən sonra AB Komissiyası tərəfindən bir tarixin müəyyən edilməsi gözlənilir.

Polşanın daxili işlər naziri Tomaş Siemonyak qərarla bağlı verdiyi açıqlamada, “Polşanın təhlükəsizlik məsələlərinə diqqət yetirən Aİ Şurasına sədrliyi dövründə xarici sərhədlərimizin nəzarəti və qorunmasında belə mühüm irəliləyişlərin əldə olunmasından çox məmnunam” dedi.

ELEKTRON GİRİŞ-ÇIXIŞ SİSTEMİ (EES)

EES ilə Aİ üzvü olan bir ölkədə qısa müddətli qalmaq üçün səyahət edən AB üzvü olmayan vətəndaşların giriş və çıxışı, pasport məlumatları, barmaq izləri və üz təsvirləri rəqəmsal olaraq qeydə alınacaq.

Yeni sistem Şengen zonasına qeyri-qanuni girişlərə nəzarət etmək və onlarla mübarizə aparmaq məqsədi daşıyır.

Normalda 10 noyabr 2024-cü il tarixindən etibarən qüvvəyə minməsi planlaşdırılan yeni sistem, üzv ölkələrin infrastrukturlarının hələ hazır olmadığı səbəbi ilə dəfələrlə təxirə salınmışdı.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul etdi

Aynur Camal

Saxta dərman əməliyyatı: 11 nəzarətə alındı

Bugün TV

Rusiya Xarkov U-nu vurdu, Ukrayna PUA-larla hücum etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu