Baş xəbər

ABŞERONDA QANUNSUZ KƏSİLƏN AĞACLARIN YERİNƏ YENİ TİNGLƏR ƏKİLİB – FOTO

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində inşa olunan qeyri yaşayış obyektinin qarşısında 14.02.2025-ci il tarixində qanunsuz ağac kəsmə faktı aşkar olunaraq, sənətləşdirmə işləri aparılaraq toplanış sənətlər müvafiq qaydada baxılması üçün aidiyyati üzrə Baş Prokurorluğa göndərilmişdir.

18.02.2025-ci il tarixində, sözü gedən ünvanın qarşısında yaşılıq üçün nəzərdə tutulmuş ərazidə kəsilmiş ağacların əvəzinə 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən 36 ədəd həmişə yaşıl sərv tingi əkilmişdir.

Həmin əkilmiş tinglər sahibkar tərəfindən obyektin qarşısının boşaldırması məqsədi ilə yenidən götürülmüşdür.

Qeyd edək ki, 05.03.2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həmin ünvanda 20 ədəd həmişə yaşıl sərv tingi əkilərək sənədləşdirildi. Tinglərin mühafizəsi və quluğu Mehdiabad Bələdiyyəsinə tapşırıldı.

Əlavə olaraq idarədən bildirildi ki, tinglərin qanunsuz götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi olduğundan aidiyyatı üzrə təkrar olaraq, hüquq mühafizə orqanlarına göndəriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Aynur Camal

Döyüş təyyarələri tərəvəz bazarını vurdu: 9 ölü 30 yaralı

Bugün TV

Google erası sona çatır, ChatGPT-a maraq artır

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu