25 C
Baku
23 İyun 2025, 14:19
Dünya

Avropa-İran nüvə masası sabah İstanbulda qurulacaq

Bir müddətdir ABŞ ilə nüvə danışıqları aparan İran bu dəfə İstanbulda İngiltərə, Fransa və Almaniyadan ibarət E3 ölkələri ilə masa arxasına oturacaq.

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşün mövzusunun İranın nüvə proqramı və sanksiyaların ləğvi olacağı gözlənilir. E3 ilə İran arasında mayın 2-də Romada keçirilməsi planlaşdırılan görüş, ABŞ və İran arasında həmin həftəsonu keçirilməsi planlaşdırılan danışıqların təxirə salınmasından sonra ləğv edilib. İranın xarici işlər naziri Abbas Arakçi də İstanbulda görüşü təsdiqləyib. ABŞ ilə dolayı danışıqları davam etdirərkən Avropa ölkələri ilə birbaşa danışıqlara hazır olduqlarını ifadə edən Arakçi, “Təəssüf ki, avropalılar izlədikləri siyasətlə bu danışıqlarda bir qədər təcrid olundular. Biz belə bir vəziyyətin olmasını istəmirik və danışıqlarımızı davam etdirdik” deyib.

“New York Times” qəzetinin yazdığına görə, İran nüvə proqramını dayandırmaq əvəzinə, ərəb və ABŞ institutlarının iştirak edəcəyi birgə nüvə zənginləşdirmə təşəbbüsü yaratmağı təklif edib. Qəzet dörd İran rəsmisinə istinadən yazıb ki, Ərakçi bu təklifi mayın 11-də Omanda keçirilən danışıqlarda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffa çatdırıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada həbsxanada iğtişaş: Ölənlər və itkin düşənlər var

Aynur Camal

İsrail Livanın tarixi liman şəhərini vurdu

Aynur Camal

Sergey Şoyqu: “Qərb bizə və Minskə qarşı müharibə aparır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu