24 C
Baku
28 Sentyabr 2026, 12:40
Avropa İttifaqı, humanitar yardım, Afrika, Ukrayna, Livan, Ebola, humanitar böhran, dünya xəbərləri
Dünya

Avropa İttifaqı dünya üzrə böhran bölgələrinə 710 milyon avro ayırır

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı münaqişələr, təbii fəlakətlər və humanitar böhranlardan zərər çəkən insanlara yardım məqsədilə 710 milyon avrodan çox vəsait ayıracaq.

“Al Jazeera”nın məlumatına görə, vəsaitin əsas hissəsi Afrikanın cənubundakı Sahara bölgəsində humanitar ehtiyacların qarşılanmasına yönəldiləcək.

Avropa Komissiyasının açıqlamasına əsasən, 380 milyon avro miqrasiya ilə bağlı tədbirlərə, o cümlədən həssas vəziyyətdə olan miqrantların müdafiəsinə və könüllü qayıdış proqramlarına sərf olunacaq.

Daha 97 milyon avro münaqişələr, ərzaq çatışmazlığı, qidalanma problemləri və iqlim təsirlərinin yaratdığı humanitar ehtiyacların qarşılanmasına ayrılıb.

Konqo Demokratik Respublikasında Ebola ilə mübarizə üçün də əlavə maliyyə nəzərdə tutulub. Fələstin əraziləri və Livana 103 milyon avro, Ukraynaya isə 52 milyon avro humanitar yardım ayrılacağı bildirilib.

Avropa İttifaqı bu maliyyənin müxtəlif böhranlardan zərər çəkən əhali və məcburi köçkünlərin dəstəklənməsinə yönəldiləcəyini açıqlayıb.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Tənhalıq sağlam ömrü 6 ilə qədər azalda bilər

Aynur Camal

Saturnun peykində həyat ehtimalını gücləndirən yeni nəticə

Aynur Camal

BMT-də irqçiliklə mübarizəyə həsr olunmuş yüksək səviyyəli toplantı keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu