23 C
Baku
21 İyul 2024, 18:24
Dünya

Avropada ən yüksək bazar birjaya sahib hansı ölkədir?

Lider London: Fransa artıq Avropada ən yüksək bazar dəyərinə malik birjaya sahib deyil

Prezident Emmanuel Makronun gözlənilmədən Fransada erkən seçki keçirmək qərarı bazarlara mənfi təsir göstərsə də, Paris təxminən 2 ildir əlində saxladığı Avropanın ən böyük bazar dəyərinə malik birjasına sahiblik ünvanını Londona uduzdu.

Makronun sürpriz erkən seçki qərarı ölkənin risk mükafatının artmasına səbəb olub və bu, xüsusilə Fransa bank sektoruna mənfi təsir edib.

Son günlər birjada dəyər itirmələri ilə Fransa birjasında şirkətlərin bazar dəyəri 3,13 trilyon dollara qədər azalıb. 3,18 trilyon dollarlıq bazar dəyəri ilə London Birjası 2 il əvvəl Parisə uduzduğu Avropanın ən böyük birjası ünvanını yenidən qazanıb.

İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçılar üstün olduqdan sonra Makron erkən seçki keçirmək qərarına gəldikdən sonra Fransa şirkətlərinin bazar dəyərində təqribən 258 milyard dollar azalma olub.

Ölkədə keçirilən erkən seçkilərin yaratdığı siyasi qeyri-müəyyənlik mühitində Fransa fond bazarının göstəricisi olan CAC 40 indeksi 6 faizdən çox itki ilə 2002-ci ildən bəri ən böyük həftəlik itkisini yaşadı.

İyunun 9-da Fransada keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı Milli Birlik (MN) 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Emmanuel Makronun partiyası Rönesans isə 14,60 səslə ikinci olub.

AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron parlamenti buraxmaq və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Silahlı hücumda 6 nəfər öldü

Bugün TV

Türkiyəli gənc və ailəsinə ölüm təhdidləri gəldi

Kəmalə Sultan

Avqustda Avrozonada illik inflyasiya 5,3 faiz təşkil etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu