10 C
Baku
16 Aprel 2026, 3:20
Baş xəbərMədəniyyət

Avropalı ifaçılarla birgə 7 ci Beynəlxalq Musiqi festivalı baş tutdu

Bugun.tv  xəbər verir ki, Azərbaycan Dövlət Milli İncəsənət Muzeyində “Muğam Aləmi” adlı 7 ci Beynəlxalq Musiqi festivalı keçirilib.

Azərbaycan üzrə keçirilən bu muğam festivalının xanəndələri İlahə Nəbiyeva, Elgiz Əliyev və.b. ora gələn tamaşaçılar üçün axşam saat 16:⁰⁰ -dan 20:⁰⁰ -dək öz ifalarını təqdim ediblər.

Saytımıza tədbirdən birbaşa məlumat verən, bədii qiraət ustası, həvəskar şair, aparıcı, peşəkar klipmeyker, fotoqraf həmçinin Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər bildirib ki, konsertin davamı isə axşam saat 20:⁰⁰ -dan 00:⁰⁰ -a qədər, bizim maddi mənəvi irsimiz sayılan 14- cü əsrdən bizə memarlıq abidəsi olaraq gəlib çatan Şirvanşahlar Sarayının Divanxanasında baş tutub.

Norveç musiqiçiləri Eivind Aarset və Jan Bang

Xanəndələr Nisbət Sədrayeva, Orxan Hüseynli, Rəvan Qaçayev, Vəfa Vəzirov, Günay İmamverdiyeva ilə yanaşı Norveçdən ölkəmizə gələn iki ifaçı Eivind Aarset və Jan Bang da qonaqlara öz mahnıları ilə xoş saatlar yaşadıblar.

Xanəndə İlahə Nəbiyeva və bədii qiraət ustası, həvəskar şair, aparıcı, peşəkar klipmeyker, fotoqraf həmçinin Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər
Xanəndə və Bakı Humanitar Kollecin müəllimi Elgiz Əliyev

Festival haqqında məlumatla yanaşı, bütün foto materialları göndərən bədii qiraət ustası, həvəskar şair, aparıcı, peşəkar klipmeyker, fotoqraf həmçinin Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbərə Bugun.tv saytı olaraq öz təşəkkürümüzü bildiririk.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu