Dünya

Avropalıların yalnız 10 faizi ABŞ-ı müttəfiq hesab edir

Bugun.tv xəbər verir ki, Avropada aparılan yeni ictimai rəy sorğusu ABŞ-la bağlı münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərib.

“The Guardian” nəşrinin yaydığı məlumata görə, sorğuda iştirak edən avropalıların cəmi 10% ABŞ-ı etibarlı müttəfiq kimi qiymətləndirib. Respondentlərin əksəriyyəti isə Vaşinqtonu tərəfdaşdan daha çox öz maraqlarını ön planda tutan dövlət hesab etdiklərini bildiriblər.

Araşdırma göstərib ki, son illərdə ABŞ və Avropa arasında təhlükəsizlik, ticarət və xarici siyasət məsələlərində yaranan fikir ayrılıqları ictimai rəyə də təsir edib. Xüsusilə Donald Tramp administrasiyasının qərarları və beynəlxalq böhranlarla bağlı mövqeyi avropalıların münasibətində dəyişiklik yaradıb.

Mütəxəssislər hesab edirlər ki, sorğunun nəticələri Avropa İttifaqının müdafiə və təhlükəsizlik sahəsində daha müstəqil siyasət yürütmək istəyinin gücləndiyini göstərir. Son dövrlərdə Avropa ölkələrinin müdafiə xərclərini artırması və ABŞ-dan asılılığın azaldılması ilə bağlı müzakirələr də bu tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Analitiklər bildirirlər ki, ABŞ və Avropa arasındakı strateji əməkdaşlıq davam etsə də, qarşılıqlı etimad əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb mərhələyə daxil olub.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu