Baş xəbərDünya

Avropanı sarsıdan elektrik kəsilməsi nəticəsində ən azı 7 nəfər ölüb: Böyük Britaniya “qəribəliklər aşkarladıq” deyir

Bazar ertəsi İspaniyada elektrik enerjisinin kəsilməsindən sonra baş verən ölümlərlə bağlı araşdırma başladılıb. Səlahiyyətlilər, qəza ilə əlaqəli olduğu düşünülən yeddi ayrı ölüm hadisəsinin araşdırıldığını söyləyib. Bu arada, Böyük Britaniyanın elektrik paylayıcı şirkəti Neso, Pireney yarımadasındakı kəsilmədən bir neçə saat əvvəl şəbəkəsində qeyri-adi fəaliyyət aşkar etdiyini açıqladı.

Səlahiyyətlilər “anormallığın” səbəbini araşdırdıqlarını bildiriblər.

Ölkənin şimal-qərbindəki Qalisiya bölgəsindəki Ferrol, Dumbria, Betanzos və Taboadela yaşayış məntəqələrində azı 6 nəfərin öldüyü qeydə alınıb. Madridin Karabançel rayonunda elektrik enerjisinin kəsilməsi zamanı şamdan istifadə nəticəsində yaranan yanğında bir vətəndaş həyatını itirib.

7 NƏFƏR HƏYATINI İTİRDİ

İspaniya Mülki Qvardiyası elektrik kəsilməsi ilə əlaqəli olduğu düşünülən 7 ölümlə bağlı təhqiqata başlanıldığını açıqlayıb. Səlahiyyətlilər bildiriblər ki, 81 və 77 yaşlı cütlük və onların 56 yaşlı oğlu Taboadela şəhərindəki evlərində ölü tapılıb.

İlkin məlumata görə, həmin şəxslərin evdən kənarda yerləşdirilən generatordan sızan dəm qazına məruz qalması nəticəsində zəhərləndikləri güman edilir. Səlahiyyətlilər, ölənlərdən birinin əvvəllər tənəffüs xəstəliyinin olduğunu və bəzən süni nəfəs aparatına ehtiyac duyduğunu söyləyib.

Qalisiyada elektrik kəsilməsi səbəbiylə bildirilən digər ölümlər arasında Ferrolda 59 yaşlı xroniki xəstə kişi, Betanzosda 80 yaşlı vətəndaş və Dumbriyada 86 yaşlı bir kişi var.

İspaniya və Portuqaliyada geniş yayılmış kəsintilərdən bir neçə saat əvvəl Böyük Britaniyanın milli elektrik şəbəkəsində qeyri-adi aktivlik qeydə alınıb. Milli Enerji Sistemi Operatoru (Neso) bazar gününün erkən saatlarında başlayan və axşam saatlarında təkrarlanan “qeyri-adi” elektrik tezliyindəki dalğalanmaları araşdırdığını söyləyib.

“The Independent” yazır ki, şəbəkəyə nəzarət mərkəzinin rəsmiləri qəribəlikləri ilk dəfə gecə saat 2 radələrində Linkolnşirdəki Keadby 2 qaz elektrik stansiyası ilə Böyük Britaniya-Danimarka şəbəkəsi arasında Viking Link bağlantısında gördüklərini bildiriblər. Səlahiyyətlilər saat 18:00 radələrində eyni ərazidə oxşar texniki problemlərin yenidən yarandığını bildiriblər.

Daily Mail, Pireney yarımadasındakı fasilədən əvvəl Böyük Britaniyanın elektrik sistemində iki anormallıq olduğunu bildirib. Birinci hadisədə elektrik şəbəkəsinin tezliklərində gözlənilməz “sıxma” olduğu bildirilərkən, ikincidə “Vikinq Link” kabellərində nasazlıq olduğu paylaşılıb.

“The İndependent”ə danışan Neso rəsmiləri hər iki halda elektrik enerjisinin kəsildiyini və mühəndislərin müdaxiləsi ilə sistemin sabitləşdirildiyini bildiriblər. Neso, söz mövzusu fəaliyyətlərin səbəbi ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Ölkədə elektrik enerjisinin kəsilməsi rekord sayda təcili yardım çağırışına səbəb olub. Bazar ertəsi İspaniyada və qonşu Portuqaliyada geniş yayılmış fasilə zamanı təcili yardım xətlərinə edilən zənglər həmişəkindən iki dəfə çox idi.

Madriddəki fövqəladə xidmətlər, fasilənin başladığı bazar ertəsi səhər saat 12:33-də və ertəsi gün səhər saat 7-də təxminən 5,000 zəng qəbul etdi. İspaniya səlahiyyətliləri bu rəqəmin bölgənin adi gündəlik zəng həcmindən xeyli yüksək olduğunu qeyd etdilər.

Kataloniya bölgəsində, bazar ertəsi günortadan çərşənbə axşamı səhərə qədər təcili yardım xəttinə təxminən 14,000 zəng edildiyi bildirilir. Həmin dövrdə qeydə alınan zənglərin sayı region üzrə gündəlik orta hesabla 7100-dən az qala iki dəfə çox idi.

İspaniya Səhiyyə Nazirliyi, elektrik kəsilməsinin başlamasından sonra ölkə daxilində fövqəladə xidmətlərdə fövqəladə sıxlıq yaşandığını bildirib. Səlahiyyətlilər, xüsusilə liftlərdə sıxışan və sağlamlıq problemlərinə görə kömək istəyənlər üçün “prioritet cavab sistemini” işə saldıqlarını açıqlayıb.

İspaniyada ən çox zənglərin sayı Valensiya bölgəsində olub. Təcili xidmətlər bu bölgədə təxminən 32 min zəng qeyd etdi. Bask bölgəsində əsasən liftlərdə ilişib qalmaq və elektrik problemi ilə bağlı 3500 çağırış daxil olub.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Aydan qopan sirli parça: 2024 PT5

Aynur Camal

Prezident Tatar: Avropa Parlamentinin Kipr türk xalqının iradəsini nəzərə almayan Türkiyə hesabatı etibarsızdır

Aynur Camal

Mətbəxdən qarışqaların uzaqlaşdırmağın yolu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu