Bugun.tv xəbər verir ki, Avstraliya hökuməti 55 Rusiya vətəndaşı və 37 təşkilat üçün əlavə maliyyə məhdudiyyətləri və ölkəyə giriş qadağası tətbiq edib. XİN Penny Wong bildirib.
Sanksiyalara səbəb Kanberranın Moskvaya aid etdiyi “müvəqqəti Rusiyanın nəzarəti altında olan bölgələrdən ukraynalı uşaqların deportasiyası” olub.
Yeni məhdudiyyətlərə məruz qalan fiziki şəxslərin və şirkətlərin tam siyahısı hələ göstərilməyib. “Biz həmçinin Rusiyanın müdafiə, enerji, media və minerallar sektorlarındakı hədəfləri, o cümlədən Rusiyanın Belarus, İran və Şimali Koreyadakı satınalma şəbəkələrində iştirak edən hədəfləri sanksiya etmişik”, – deyə nazir bildirib.
Avstraliyanın sanksiya siyahısına Rusiya və Belarusun 1100-dən çox fiziki şəxsi və 300-dən çox şirkəti daxildir. Ölkənin hakimiyyət orqanları Rusiya ilə ticarət əlaqələrini tamamilə dayandırıb. Qara siyahıdakı fiziki şəxslərin aktivlərini dondurub. Avstraliya qurumlarına sanksiyalara məruz qalan şirkətlərlə işləməyi qadağan edib. Bundan əlavə, Rusiyada neft, qaz və mineral ehtiyatların kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan mal və xidmətlərin ixracına tam qadağa tətbiq edilib.
Mənbə tass