32 C
Baku
19 İyul 2025, 14:34
Baş xəbərMaraqlı faktlar

Avstraliya şokda! Kosmik raketin bir hissəsi sahilə düşdü

Bugun.tv xəbər verir ki, Avstraliya rəsmiləri ölkənin qərbində çimərlikdə aşkar edilən obyektin kosmik raketin bir hissəsi ola biləcəyini bildiriblər.

Açıqlamanı Avstraliya Kosmik Agentliyi yayıb. Qərbi Avstraliya ştatının Qrin Hed şəhəri yaxınlığındakı çimərlikdə aşkar edilən naməlum obyekti müəyyən etmək üçün digər kosmik agentliklərlə birlikdə araşdırma aparılır.

Avropa Kosmik Agentliyinin mühəndisi Andrea Boyd, Hind okeanına düşən cismin peyk buraxmaq üçün istifadə edilən Hindistan raket modelinin bir hissəsi olduğunu bildirib.

Yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım Kimya Mərkəzinin analizindən sonra obyektin zərərsiz olduğu müəyyən edilib.

Polis obyektdə işlərin davam etdiyini bildirib və əhalini ərazidən uzaq durmağa çağırıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Aİ Ukraynanın yenidən qurulması üçün 4,2 milyard avro göndərdi

Aynur Camal

İsraildən dəhşətli Fələstin bəyanatı: Şimalı tamamilə işğal etməliyik

Aynur Camal

“KFC Boss”un anlamı bir çoxunu təəccübləndirir: Fastfud həvəskarlarının məşhur mem haqqında bildikləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu