Dünya

Avstraliyaya böyük zərbə! 31 mindən çox insanın bank parolları satışdadır

Avstraliyada kiberkəşfiyyat qrupu tərəfindən aparılan araşdırma dəhşətli həqiqəti üzə çıxarıb. Bildirilib ki, 31.000-dən çox oğurlanmış bank parolu Telegram kimi mesajlaşma proqramlarında və qaranlıq internetdə kiber hücumçular tərəfindən paylaşılıb və satılıb.

Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, bir qrup kiber kəşfiyyat tədqiqatçısının apardığı araşdırmalar nəticəsində istifadəçilərin şəxsi cihazlarından bank giriş məlumatlarının zərərli proqram vasitəsilə ələ keçirildiyi müəyyən edilib.

Araşdırma nəticəsində məlum olub ki, kiberhücum qrupları oğurlanmış 31 mindən çox bank parolunu Telegram kimi mesajlaşma proqramlarında və qaranlıq internetdə paylaşıblar. Digər tərəfdən, kiberhücum qruplarının oğurlanmış parolların bir qismini də satışa təqdim etdiyi qeyd edilib.

Qlobal miqyasda 31 milyondan çox cihazda zərərli proqram aşkar edilsə də, təkcə Avstraliyada 58 000-dən çox cihazın belə zərərli proqramdan təsirləndiyi bildirilir.

PROQRAM TƏMİNATININ BƏZİ CİHAZLARA İLLƏRDƏ ÇIXIŞI VAR

Avstraliya kibertəhlükəsizlik firması Dvuln-un qurucusu Jamie O’Reilly, bu zərərli proqramların 2021-ci ildən bəri bəzi cihazlara çıxışı olduğunu və bəzi insanların hələ də hücumlara qarşı həssas olduğunu bildirdi.

Avstraliya səlahiyyətliləri vətəndaşlara təhlükəsizlik proqramlarını yeni saxlamaq və onlayn şübhəli fəaliyyətə qarşı ayıq olmaq barədə xəbərdarlıq edib.

Bu ayın əvvəlində ölkədəki bəzi pensiya fondlarının da kiberhücuma məruz qaldığı, oğurlanmış 600 üzvə məxsus parolların hesablara icazəsiz giriş və fırıldaq cəhdlərində istifadə edildiyi üzə çıxıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

50 milyon dollar dəyərində olan neft tankeri sərbəst buraxıldı

Aynur Camal

Silahlı hücumda 4 nəfər öldü

Nigar Məmmədova

Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında  interaktiv e-kitabların hazırlanması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu