DünyaHadisə

Avtobus körpünün üstündən uçdu: 22 nəfər öldü

Hindistanın Xarqone bölgəsindəki Doqarqon kəndində səhər saatlarında avtobusun aşması nəticəsində 22 nəfər ölüb.

Bugun.tv xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Təxminən 50 sərnişinin olduğu bildirilən avtobus körpüdən çay yatağına düşüb. Qəza nəticəsində 3-ü uşaq olmaqla, 22 nəfər dünyasını dəyişib. Ölənlər arasında sürücü də var. Hadisə yerinə polis qrupları cəlb olunub.

Hindistanın baş naziri Narendra Modi qəza ilə bağlı dərin hüznünü ifadə edib və başsağlığı verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: TRT haber

 

Şərh yazın