24 C
Baku
30 Sentyabr 2026, 14:44
Daxili İşlər Nazirliyi məlumat yaydı
Baş xəbərKriminal

Avtomobil ehtiyat hissələrini oğurlayanlar saxlanıldı

Avtomobil ehtiyat hissələrini oğurlayaraq metal qəbulu məntəqəsinə satan Masallı sakinləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Masallı rayonu ərazisində yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq ərazisindən dəyəri 1300 manat olan “Kamaz” markalı yük avtomobilinə aid ehtiyat hissələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Anar Kərimov, Azər Cavadov və Ülvi Hüseynov müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların oğurladıqları ehtiyat hissələrini rayon ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini təşkil edir

Aynur Camal

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub – FOTO

Aynur Camal

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu