“Le Parisien” polisə istinadən xəbər verir ki, Parisin Yelisey meydanında avtomobil Paris Saint-Germain (PSJ) azarkeşlərinin izdihamına çırpılıb.
Azarkeşlər komandalarının Çempionlar Liqasının finalına yüksəlməsini qeyd ediblər. Toqquşma nəticəsində 3 nəfər xəsarət alıb, biri ağır vəziyyətdə təcili yardıma yerləşdirilib.
Toqquşmadan sonra onlarla fanat maşını təqib edib və onun Yelisey çölünün yaxınlığında yanmış vəziyyətdə tapılıb.
Həmin ərazidə bir neçə azarkeş polis əməkdaşlarına daş atıb, həmçinin asayiş keşikçilərinə qarşı pirotexniki vasitələrdən də istifadə edib. Bundan başqa, azarkeşlər bir neçə avtomobilə və mağazaya ziyan vurub.
Polis gözyaşardıcı qazdan istifadə edib. Nəticədə iğtişaşlarda iştirak edən 43 nəfər həbs edilib. Mayın 8-nə keçən gecə PSJ Londonun “Arsenal” komandasına qalib gəlib. Komanda Çempionlar Liqasının yarımfinal oyununda 2:1 hesabı ilə qalib gəlib. İki oyunun ümumi hesabında (3:1) klub “İnter”lə qarşılaşacağı turnirin finalına yüksəlib.
Mənbə: mail.ru