Dünya

Trampdan sərt bəyanat: “İran tamamilə məhv olacaq”

ABŞ Prezidenti Donald Trump İranın İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı sərt açıqlama verib.

Məlumata əsasən, Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında davam edən münaqişə fonunda çıxış edən Tramp, İranın İsrailin Dimona şəhərində yerləşən nüvə obyektinə yönəlmiş hücumlarına cavab veriləcəyini bildirib.

ABŞ prezidenti qeyd edib ki, İranla bağlı ultimatum veriləcək və yaxın zamanda bunun nəticələri görünəcək. Onun sözlərinə görə, “İran tam bir yıxıma uğrayacaq və nəticə çox yaxşı olacaq”.

Tramp həmçinin NATO ölkələrini də tənqid edərək bildirib ki, alyans üzvləri baş verən hadisələrə adekvat reaksiya vermir. O, xüsusilə Hörmüz boğazı məsələsində NATO-nun fəal mövqe sərgiləmədiyini vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, İran uzun illərdir çətin vəziyyətdədir və hazırda “layiq olduğu cəzanı alır”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan hərbi əməliyyatlardan sonra regionda gərginlik daha da artıb. İran isə cavab olaraq İsrail ilə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi bəzi ölkələrdə də hədəflərə zərbələr endirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu