DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv- yə bildirilib ki, Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” avtomobilin sürücüsü, 34 yaşlı Nicat Mirzəyevin idarəetməni itirərək nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib. Digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.