18 C
Baku
9 Noyabr 2025, 16:30
Baş xəbərHadisə

Avtomobildə yanan alışqan partlayışa səbəb olub: 1 nəfər ölüb, 1 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Samsunda avtomobildə söhbət edən iki dostdan biri alışqan yandırması nəticəsində meydana gələn partlamada həyatını itirib. Samsunun Canik rayonunda Mustafa Bal və Gökay Aslan səhər saatlarında park edilmiş avtomobilə əyləşərək bir müddət söhbət ediblər. Bu vaxt Bal alışqanı yandırmaq istəyəndə partlayış baş verib.

TRT Haber-in məlumatına görə, xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra Mustafa Balın öldüyü müəyyən edilib. Üzündən və əlindən yanıq xəsarətləri alan Gökay Aslan Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Balın meyiti yarılma üçün morqa aparılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Fransanın hökumət naziri “Playboy” jurnalının üz qabığında

Aynur Camal

Bir ailəni məhv edən dünyanın ən yaşlı timsahı göründü

Aynur Camal

Daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu