Baş xəbərDünya

Avtomobildə olan polis yandırılıb

Xarici Xəbərlər. 

 Perulu etirazçılar avtomobildə olan polisi yandırıblar. Hadisə etirazçıların iki hüquq-mühafizə orqanı əməkdaşının olduğu polis avtomobilini saxlayan zaman baş verib. Qeyd edilib ki, polislərdən biri döyülüb, ikincisi isə yandırılıb.

 Punoda yerləşən Xuliaka şəhərinin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar yanvarın 6-dan başlayıb. Nümayişçilər Prezident Dina Boluartenin istefasını və dövlət başçısı üçün yeni seçkilərin keçirilməsini tələb edirlər. Məlumatına görə, toqquşmalarda azı 18 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Baş nazir Alberto Otarola Peru parlamenti qarşısında çıxışı zamanı rəsmi nümayişçilərin hərəkətlərini pisləyib, həmçinin sülhə çağırışı edib.

 Nümayişçilər hələ də yolları bağlayırlar. Bu da ölkə daxilində ərzaq daşıyan yük maşınlarının işinə mane olur. Şəhərdəki bu etirazlar tez-tez polislə toqquşmalarla səbəb olur. Yerli medianın məlumatına görə, güllə yarası alan insanlar xəstəxanalara yerləşdirilib.

 Perunun ombudsman ofisi polisi bu halları araşdırmağa və etirazçıları şəxsi mülkiyyətə hücum etməkdən çəkinməyə və təcili yardım maşınlarının hərəkətinə mane olmamağa çağırıb.

Xatırladaq ki, Peruda bu hadisələr ötən ilin dekabrında Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlayıb. Genişmiqyas alan qarşıdurmalarda 30-a yaxın insanhəlak olub, yüzlərlə insan yaralanıb.

Mənbə: REGNUM.ru

Aynur Camal

Oxşar xəbərlər

Su basan iş yerlərində təmizlik işləri davam edir

Kəmalə Sultan

Doğum göstəriciləri aşağı səviyyəyə düşdü

Bugün TV

Qaydanı pozan sürücü həbs edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu