22 C
Baku
13 Sentyabr 2025, 12:01
Baş xəbərKriminal

Avtomobilin dövlət nömrə nişanına müdaxilə edən şəxs haqqında tədbir görüldü

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.
Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyinə yol verən, kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanına müdaxilə edən sürücülər aşkarlanıb. Qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.

Nigar Məmmədova

Oxşar xəbərlər

62 nömrəli məktəb-liseydə uşaqlar üçün festival keçirilib

Bugün TV

Havanın temperaturu 8 dərəcə yüksələcək

Bugün TV

Gün ərzində COVID-19a yoluxanların sayı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu