23 C
Baku
25 Sentyabr 2026, 23:37
Texnologiya

Avtomobillərin təmiri bu səbəbdən çətinləşir – ARAŞDIRMA

Bugun.tv xəbər verir ki, son illər sənayedə baş verən sürətli texnoloji inkişaf zədələnmiş avtomobillərin təmir prosesinə ciddi təsir edib və mütəxəssis tələbatı yaradıb. Bu yeniliklər avtomobillərdə mexaniki və elektron komponentlərin inteqrasiyasını artırır. Bu da öz növbəsində təmir prosesini daha da mürəkkəbləşdirir. Belə ki, ənənəvi mexaniki təmir işləri kompüter əsaslı sistemlər, sensorlar və mürəkkəb proqram təminatı ilə əvəz olunur.  Amerika Avtomobil Assosiasiyasının araşdırmasına görə, gələcəkdə təhlükəsizlik xüsusiyyətləri ilə təchiz edilən avtomobillər ən kiçik qəzalarda belə böyük xərclərə səbəb olacaq. Çünki təmir, o cümlədən sensorların və kameraların dəyişdirilməsi  artıq 37 % bahadır. Yeni avtomobillərdəki qəza əyləcləri və onları təmin edən sensorlar ən sadə toqquşmadan sonra sıradan çıxırlar.      Qeyd edək ki, texnoloji inkişafın gətirdiyi bu çətinliklərlə yanaşı, avtomobil təhlükəsizliyi, sürücülük rahatlığı və yanacaq səmərəliliyi də artır. Bu səbəbdən sektordakı peşəkarların texnoloji dəyişikliklərə tez uyğunlaşması və bu inkişafı üstünlüyə çevirməsi çox vacibdir.

 

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Süni intellekt xərçəngin müalicəsini tapa bilərmi? Alimlərdən ehtiyatlı yanaşma

Aynur Camal

ABŞ Səhiyyə Nazirliyi 5G və simsiz texnologiyaların sağlamlığa təsirini araşdırır

Aynur Camal

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu