Baş xəbər

Avtoxuliqanlıq niyə təhlükəlidir?

 Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev özünün facebook səhifəsində avtoxuliqanlıqla bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, avtoxuliqanlıq ictimai təhlükəli hərəkətdir, ictimai münasibətlərə özünün və başqalarının həyat və sağlamlığına, mülkiyyətinə qəsddir:

“Avtoxuliqanlıq hərəkətləri əhalinin dincliyinin nümayişkaranə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdir. Bu təhlükəli davranışa qarşı polis fasiləsiz mübarizə aparır. Təkcə cari ilin 7 ayında DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı ən sərt sanksiyalar tətbiq edilib. Məlumdur ki, insanın cəza ilə islah olunması mübahisəlidir. Ancaq ictimai nəzarətin daha effektiv çəkindirici təsir imkanları var. Bu imkanların genişlənməsi, artırılması hər birimizdən asılıdır. Əziz dostlar, xahiş edirik dəstəyinizi əsirgəməyin, yollarda qaydalara əməl edilməsi hər bir hərəkət iştirakçısı ilə əlaqəlidir. Ona görə ki, yol mədəniyyəti təkcə intizam yox, məsuliyyət tələb edir”.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu