Baş xəbərMədəniyyət

AY YOLA qrupu dünya musiqi səhnəsində səs saldı

Bugun.tv xəbər verir ki, Başqırdıstanın etno-folk musiqi qrupu AY YOLA son bir il ərzində beynəlxalq arenada böyük uğur qazanaraq onlarla ölkənin musiqi reytinqlərində ön sıralara yüksəlib.

Məlumata görə, adı “kainatın qanunları” mənasını verən kollektiv 60 ölkənin musiqi çartlarında ilk 30-luqda yer alıb, 30 ölkədə isə ilk 10-luqda mövqeyini möhkəmləndirib. Qrupun yaradıcılığı Meksika, Çin, Cənubi Koreya, Filippin və digər ölkələrdə geniş maraqla qarşılanıb.

AY YOLA yalnız musiqi fəaliyyəti ilə kifayətlənmir. Qrupun başqırd milli alətləri – dumbıra, kuray və kubızın müşayiəti ilə ifa etdiyi “Çernaya Luna” (“Qara Ay”) mahnısının yeni versiyası “Avqust” filminin saundtrekinə daxil edilib. Kollektivin məşhur “Homay” mahnısı isə uşaqları Başqırdıstan mədəniyyəti ilə tanış etmək məqsədilə “Smeşariki” animasiya layihəsi üçün yenidən səsləndirilib.

Qrupun yaradıcılığının əsasını qədim başqırd eposu olan “Ural-batır” təşkil edir. İlk albomda eposun əsas qəhrəmanları təqdim olunub. Yeni yayımlanan “Aihylyu” sinqlı isə Ay ilahəsindən doğulan Humayın bacısı Ayhılu obrazına həsr edilib.

Qrupun üzvü Ruslan Şayxitdinov verdiyi müsahibədə bildirib ki, onların ilk mahnısı olan “Batırlar” kollektiv üçün uğura aparan yolu açıb. Onun sözlərinə görə, “Homay” mahnısının populyar olacağı gözlənilsə də, bu qədər qısa müddətdə dünya miqyasında tanınması onlar üçün sürpriz olub.

Qrupun digər üzvü Rinat Ramazanov isə qeyd edib ki, müasir dünyada texnologiyalar və dövlətlər dəyişsə də, insanların köklərə, mədəniyyətə və ənənələrə bağlılığı aktuallığını qoruyur. O bildirib ki, məhz bu səbəbdən AY YOLA-nın yaradıcılığı müxtəlif millət və dinlərdən olan insanlarda maraq doğurur.

Mədəniyyət tənqidçiləri hesab edirlər ki, AY YOLA qədim başqırd irsini müasir musiqi üslubu ilə birləşdirərək milli mədəniyyətin qlobal auditoriyaya çatdırılmasının uğurlu nümunəsinə çevrilib.

Mənbə: KinoReporter

Aynur Camal

Oxşar xəbərlər

Cəmi 15 dəqiqə idman beyində mühüm dəyişiklik yaradır

Aynur Camal

ABŞ-İran razılaşmasına İsrail mane olmağa çalışır – Məhəmməd Əsədullazadə

Aynur Camal

G7 sammitində İran, süni intellekt və Ukrayna məsələləri əsas gündəm olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu