ABŞ-ın cənubundakı Florida ştatında ayının hücumuna məruz qalan bir nəfər ölüb. ABŞ-ın Florida ştatının Neapol şəhərində Böyük Sərv çöllərinin cənubundakı kənd ərazisinə ayı hücumu baş verib.
Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının verdiyi açıqlamada, State Road 30 ərazisində qara ayının hücumuna məruz qalan bir adam və bir it öldü.
“Ehtiyat tədbiri olaraq sakinləri və qonaqları diqqətli olmağa və ərazidən uzaq durmağa çağırırıq”, – məlumatda deyilir.
AQRESSİV AYI AXTARILIR
Yerli medianın məlumatına görə, Neapolun da daxil olduğu Collier County Şerif Ofisi yerli vaxtla səhər saat 7 radələrində ərazidə ayı görməsi barədə xəbərlər aldığını təsdiqləyib.
Yerli sakinlərə “aqressiv heyvanın hələ də ərazidə gəzə biləcəyi” xəbərdarlığı edilib.
Bildirilib ki, əraziyə ezam olunmuş hüquq-mühafizə orqanları və vəhşi təbiət rəsmiləri qara ayının axtarışlarını davam etdirir.
Mənbə: EnSonHaber