Bugun.tv xəbər verir ki, rəsmi Qəzetdə yerləşən qərara görə C.Ö, 2010-cu ildə ruh və sinir xəstəlikləri üzrə mütəxəssis həkim H.C. tərəfindən müalicə edilib. C.Ö-nün anasının, 2016-cı ildə “oğlunun psixoloji pozuntusunun olduğunu və həyatından narahat olduğunu” bildirməsi üstündə həkim H.C, C.Ö-nün müalicə prosesinə dair məlumatları əhatə edən hesabatı anaya təqdim edib.Anası ilə qarşılıqlı maraqların olduğunu, şəxsi məlumatlarının hüquqa zidd şəkildə paylaşıldığını iddia edən C.Ö, “xəstə məxfiliyini pozduğu” səbəbi ilə həkim H.C. haqqında şikayət ərizəsi verib.
TRT Haber-in məlumatına görə, “Şəxsi məlumatları hüquqa zidd olaraq ələ keçirmək və ya yaymaq” ittihamı ilə məhkəməyə verilən H.C, məhkəmə prosesi nəticəsində bəraət alıb.C.Ö, “şikayəti ilə bağlı təsirli cinayət təqibi aparılmadığına görə, şəxsi məlumatlarının qorunması hüququnun pozulduğunu” iddia edərək Konstitusiya Məhkəməsinə fərdi müraciət edib.Müraciəti araşdıran Ali Məhkəmə, şəxsi məlumatların qorunmasını istəmək hüququnun pozulduğuna qərar verib.