27 C
Baku
27 İyul 2024, 8:22
Sosial

“Azərbaycan 2020  Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bələdiyyələrin gənclər siyasətilə əlaqədar atılan addımlar özünü doğrultmadı.

2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020  Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bələdiyyələrin gənclər siyasətilə əlaqədar addımlar atacağı gözlənilirdi. Konsepsiyada qeyd olunurdu ki, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaq.

Ancaq bələdiyyələrin onsuz da ümumilikdə aktiv fəaliyyət göstərməməsi bu işləri də sual altında qoyur.

Bugun.tv xəbər verir ki, Millət vəkili Vüqar İskəndərov deyir ki, əvvələr bu istiqamətdə fəaliyyət olub. Onun sözlərinə görə, bu, özlüyündə çətin prosesdir.”Mən də konsepsiyanın icra olunduğu ilk illərdə gənclər siyasəti sahəsində işləyirdim, biz o vaxt bunun yaradılması və fəaliyyəti üçün cəhdlər etdik, kəndlərə nümayəndələr də verildi, amma işin günün tələblərinə uyğun qurulması çətin idi. Bələdiyyələrin fəaliyyətində ümumən problemlər mövcuddur. Əsasən də kənd bələdiyyələrinin büdcələri çox azdır. Yəni, onlar hətta maaşların verilməsində belə böyük çətinlik çəkirlər. Elə bələdiyyələr oldu ki, orada konsepsiyada qeyd olunan istiqamətdə tədbirlər keçirildi, idman yarışları təşkil edildi, elələri də oldu ki, tamamilə formal bir xarakter daşıdı. Amma ümumi qiymət versək, bələdiyyələrin nəzdində olan bu orqanların fəaliyyətləri yüksək nəzərə çarpmadı”, – deyə millət vəkili bildirib.

Vüqar İskəndərov deyir ki, işin görülməsi tələb olunan qədər təmin olunmadı. Onun sözlərinə görə, burada kiçik tədbirlərin keçirilməsi üçün də maliyyə tələb olunurdu.

“Burada uzlaşdırılmış işlərin görülməsi tələb olunurdu. Ona görə də ümumi olaraq hansısa şəhər və rayonda bu işlər normal təşkil olundu, amma elə yerlər də oldu ki, orada tamamilə heç bir fəaliyyət görülmədi” – deyə millət vəkili Vüqar İskəndərov əlavə edib.

Oxşar xəbərlər

Tərtərdə aksiya keçirilir

Aynur Əfəndi Zadə

“Bayram qalası” adlı Novruz şənliyinə start verilib

Aynur Camal

Birləşmiş Millətlər Təşkilatı: “Hər il dənizlərdən 6 milyard ton qum çəkilir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu